İDMAN


Məhəmmədrəsul Məcidov: Boks üzrə Azərbaycan millisi “Rio-2016”da komanda hesabında birinci ola bilər VİDEO

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

İlk rəqibim çox təcrübəli boksçu idi. Ardıcıl üç Olimpiya Oyunlarının iştirakçısı olub. Görüşüm asan olmasa da, sonda qalib gəlməyi bacardım.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə söhbəti zamanı “Rio-2016”ya qələbə ilə başlayan boksçumuz, “London-2012”nin bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) deyib.

Boksçu bildirib ki, təkcə mən deyil, bütün komandamız Olimpiadaya yaxşı hazırlaşıb. Ümid edirəm ki, Azərbaycan komanda hesabında birinci olacaq. Növbəti rəqibimə gəlincə isə qazaxıstanlı boksçu İvan Diçko çox texnikalı bir idmançıdır. Həm də boyu çox hündürdür. Buna baxmayaraq rəqibə qalib gəlmək lazımdır. Qazaxıstanlı boksçunu Olimpiadayadək iki dəfə məğlub etmişəm. Ancaq arxayınlaşmaq olmaz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.