DÜNYA


Məhkəmə BMT baş katibinin qardaşı oğlunu dələduzluqda təqsirli bilib

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC 

Seul məhkəməsi BMT-nin baş katibi Pan Gi Munun qardaşı oğlunu dələduzluqda təqsirli bilib. Məhkəmənin qərarına əsasən, Pan Çu Xen Cənubi Koreya şirkətlərin birinə 590 min dollar təzminat ödəməlidir.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Pan Çu Xen Koreyanın Keangnam Enterprises şirkətinə məxsus Vyetnamdaki göydələnin Qətər hökumətinə satışını təşkil edəcəyinə söz verib və buna görə əvvəlcədən pul mükafatı alıb. Onun öz qohumluq əlaqələrindən istifadə edərək Qətər əmiri ilə birbaşa əlaqəyə girəcəyini bildirdiyi qeyd olunur.

Xəbərdə deyilir ki, Pan Çu Xen Qətərin şirkətə məxsus obyekti almaq istədiyi barədə saxta sənədlər hazırlayıb. 2015-ci ilin martında şirkət müflis olduğunu elan edib, şirkətin rəhbəri isə özünü öldürüb.

Qeyd olunur ki, məhkəmə hökmü qiyabi çıxarıb və Pan Çu Xen özünün təqsirkar olması barədə heç bir açıqlama verməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.