DÜNYA


Məhkəmə Boris Nemtsovun qətli ilə bağlı hökm çıxarıb

Bakı, 13 iyul, AZƏRTAC

Moskvanın Hərbi Dairə Məhkəməsi 5 müttəhimi siyasətçi Boris Nemtsovun qətlində təqsirkar bilib və onları cəzalarını ciddi rejimli koloniyada çəkməklə 11 ildən 20 ilədək azadlıqdan məhrum edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müttəhimlərdən Zaur Dadayev 20 il, Anzor Qubaşev 19 il, Şədid Qubaşev 16 il, Temirlan Əsgərxanov 14 il və Hamzat Baxayev 11 il azadlıqdan məhrum edilib. Bundan başqa, məhkəmə Əsgərxanovu xüsusi gizir rütbəsindən, Dadayevi isə leytenant rütbəsindən və “Qəhrəmanlıq” ordenindən məhrum edib.

Qətlin ehtimal edilən sifarişçisi “Sever” taborunun keçmiş zabiti Ruslan Muxudinov isə 2015-ci ilin noyabr ayından beynəlxalq axtarışdadır.

Nemtsov ailəsinin vəkilləri məhkəmənin qərarından razı qalmadıqlarını və qətlin bilavasitə icraçısı Zaur Dadayev üçün ömürlük həbs cəzası tələb etdiklərini bildiriblər.

Xatırladaq ki, Rusiya Baş nazirinin sabiq müavini, Nijeqorod vilayətinin keçmiş qubernatoru, Yaroslavl vilayət dumasının deputatı Boris Nemtsov 2015-ci il fevralın 27-nə keçən gecə Moskvanın mərkəzində, Böyük Moskvoretsk körpüsündə qətlə yetirilmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.