DÜNYA
Məhkəmə Braziliya prezidentinə qarşı ittihamı rədd edib
Bakı, 10 iyun, AZƏRTAC
Braziliyanın Ali Məhkəməsi ölkə prezidenti Mişel Temerə qarşı irəli sürülən korrupsiya üzrə ittihamı rədd edib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, onu sabiq prezident Dilma Rusefin seçkiqabağı kampaniyasını qanunsuz yolla maliyyələşdirməkdə ittiham edirdilər. Hakimlər 4 günlük müzakirədən sonra dörd səs lehinə, üç səs əleyhinə olmaqla, ittihamın rədd edilməsinə səs veriblər. İyun ayının əvvəllərində Braziliya prezidenti polisdən 84 sual alıb. Ali məhkəmə, həmçinin ona bu sualları cavablandırmamaq hüququ da verib.
Korrupsiya qalmaqalı fonunda Temerin reytinqi birrəqəmli göstəricilərə qədər aşağı düşüb. Bir qədər əvvəl bu işlə əlaqədar prezidentin keçmiş köməkçisi də saxlanılıb.
Xatırladaq ki, Braziliyanın sabiq prezidenti Dilma Rusef korrupsiya qalmaqalına görə istefaya gedib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]