Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə

Məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə

Bakı, 25 noyabr, AZƏRTAC

Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar nəticəsində məhkəmə sistemi daha da təkmilləşib, yeni məhkəmələr təsis olunub, hakimlərin ən şəffaf seçim qaydası müəyyən edilib, bu sahədə potensialın və infrastrukturun müasirləşdirilməsi üzrə xeyli işlər görülüb. Dövlət büdcəsi hesabına hazırda respublikanın müxtəlif bölgələrində yeni müasir məhkəmə binaları inşa olunur.

Bu sahədə islahatların mütərəqqiliyi və uğurlu nəticələri nüfuzlu beynəlxalq qurumların, o cümlədən Dünya Bankının diqqətini cəlb edib. Bununla əlaqədar Dünya Bankı dəstək göstərmək təşəbbüsü irəli sürərək ədliyyə sisteminin müasirləşdirilməsinə dair birgə layihələr həyata keçirilib və bir sıra mühüm nailiyyətlər əldə olunub.

Ədliyyə Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində ən müasir tələblərə cavab verən vahid konsepsiya əsasında 33 məhkəməni və 18 icra qurumunu əhatə edən məhkəmə komplekslərinin və binalarının layihələri hazırlanıb. Layihələndirmə üçün yeni nadir kompyuter proqramı yaradılıb ki, zəruri məlumatlar (hakimlərin, baxılan işlərin və əhalinin sayı və s.) daxil edilərkən proqram özü binanın layihəsini hazırlayır, mərtəbələrin, zalların sayını və s. müəyyən edir. Artıq bu layihələrin bir çoxunun inşası aparılıb, 5 rayon məhkəməsinin yeni inzibati binaları istifadəyə verilib. Dövlətimizin başçısı Bakının Yasamal, eləcə də Oğuz Rayon məhkəmələrinin açılışlarında şəxsən iştirak edərək görülən işləri yüksək qiymətləndirib, müvafiq tövsiyə və tapşırıqlarını verib.

Gələn ilin əvvəllərində isə ölkəmizdə konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən, beş məhkəməni əhatə edən Şəki və üç məhkəmənin yerləşdiyi Bakı şəhəri Sabunçu Məhkəmə komplekslərinin istifadəyə verilməsi planlaşdırılır. Bu komplekslər “bir qapı” prinsipi ilə fəaliyyət göstərərək ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edəcək.

Eyni zamanda, müasir məhkəmə binaları vətəndaşlarla qeyri-prosessual münasibətlərin qarşısını almağa xidmət edən ayrıca girişə malik inzibati və ictimai zonalara bölünüb. İnzibati zona hakimlər və məhkəmə işçiləri üçün, ictimai zona isə vətəndaşlar, icra məmurları, dövlət ittihamçıları və vəkillər üçün nəzərdə tutulur.

BMT-nin Əlillərin Hüquqları haqqında Konvensiyasına uyğun olaraq əlillərin sərbəst hərəkəti üçün də hər cür şərait yaradılıb. Girişlərdə əlillərin daxil olması üçün qaldırıcı qurğular quraşdırılıb, gözdən əlillərin sərbəst hərəkəti üçün döşəmələrə xüsusi örtüklər vurulub və ictimai zonada bütün otaqların adlarını əks etdirən xüsusi lövhələr yerləşdirilib.

Müasir informasiya-kommunikasiya texnologiyalarının ədalət mühakiməsinin səmərəliliyinə və xidmətlərin göstərilməsinin keyfiyyətinə və operativliyinə təsiri nəzərə alınaraq Dünya Bankı ilə birgə layihə çərçivəsində xüsusi strategiya hazırlanıb. Məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan “Femida” sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün bütün zəruri infrastruktur yaradılıb, təhlükəsizlik sistemləri quraşdırılıb. Tətbiq olunan informasiya-kommunikasiya texnologiyaları məhkəmə proseslərinin keyfiyyətinin yüksəldilməsinə, o cümlədən sübutların və müxtəlif sənədlərin nümayiş etdirilməsinə, habelə proses iştirakçılarının məhkəməyə gəlmədən dindirilməsinə əlverişli imkan yaradır. Zallarda, həmçinin təqsirləndirilən şəxslər dəmir barmaqlıqlar arxasında deyil, beynəlxalq standartlara uyğun xüsusi ayrılmış şüşə otaqlarda saxlanılır.

Eyni zamanda, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması və məlumatlılığın təmin edilməsi məqsədilə məlumat nöqtələri, habelə müasir elektron informasiya daşıyıcıları, o cümlədən köşklər, lövhələr quraşdırılıb ki, bu da vətəndaşlara məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakimlər və digər məsələlərlə bağlı informasiyanı rahat əldə etməyə imkan yaradır. Həmçinin müasir gözləmə yerləri, elektron növbəlilik sistemi quraşdırılıb, vətəndaşlara bank, poçt və tibb xidmətindən istifadə etmək üçün əlverişli şərait yaradılıb, körpə uşaqlı valideynlər üçün xüsusi otaqlar ayrılıb.

Vətəndaşlara hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə məhkəmə sisteminin vahid internet portalı (www.courts.az) yaradılıb. Bu portal vasitəsilə vətəndaşlar məhkəmələrə onlayn rejimdə müraciət etmək və cavab almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, qəbul günləri və s. barədə ətraflı məlumat almaq imkanına malikdirlər.

Bütün bunlar dövlətimizin başçısının tapşırığına əsasən “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə tədbirlərin mühüm tərkib hissəsi kimi nəzərdə tutulur.

Həmçinin tətbiq olunan yeniliklər və nailiyyətlər Avropa Şurası, Dünya Bankı və digər nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli şəxsləri, xarici ölkələrin ədliyyə nazirləri tərəfindən böyük maraqla və heyranlıqla qarşılanır və bu təcrübədən bəhrələnmək üçün digər dövlətlərdən müraciətlər daxil olur, Azərbaycana səfər etmək arzusu bildirilir. Dünya Bankının ədliyyə sahəsində ən uğurlulardan hesab etdiyi bu layihə çərçivəsində yaradılan müasir məhkəmə infrastrukturunun səviyyəsi qurumun ekspertlərinin rəyinə görə, hətta Avropa standartlarını üstələyir.

Artıq Dünya Bankı ilə birgə görülən işlərin müsbət nəticələri əməkdaşlığın daha da genişləndirilməsinə zəmin yaradıb. Ötən ay Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” adlı yeni daha irihəcmli layihə imzalanıb. Layihəni ədliyyə naziri Fikrət Məmmədov və Dünya Bankının Azərbaycandakı ofisinin rəhbəri xanım Larisa Leşçenko imzalayıblar.

Artıq layihənin implementasiyasına başlanılıb və onun keçirilməsində məqsəd məhkəmə-hüquq sahəsində davamlı inkişafı gələcəkdə də təmin etməklə məhkəmə infrastrukturunun daha da müasirləşdirilməsinə, elektron məhkəmənin və digər qabaqcıl informasiya kommunikasiya texnologiyalarının geniş tətbiqinə ədalət mühakiməsinin həyata keçirilməsinin sürətləndirilməsinə, elektron hüquqi xidmətlərin genişləndirilməsinə nail olmaqdır.

Müstəqil məhkəmə hakimiyyətinin təmin olunmasına xidmət edən bu islahatlara əlavə töhfə olaraq bu günlərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” şirkəti tərəfindən Azərbaycan Respublikası məhkəmə infrastrukturunun müasirləşdirilməsi sahəsində Dünya Bankı ilə birgə görülən işlərə həsr olunmuş poçt markaları buraxılıb. Nəfis dizaynda tərtib olunmuş 12 poçt markasının üzərində ayrı-ayrılıqda birinci instansiya, ixtisaslaşmış və apelyasiya məhkəmələrinin bina və komplekslərinin təsviri əks olunub. Ədliyyə işçilərinin peşə bayramı günü ilə əlaqədar keçirilən yığıncaqda ədliyyə naziri tərəfindən həmin markaların təqdimatı keçirilib.

Bu da Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatlarının dünya ictimaiyyəti üçün yeni formada əyani nümayişidir. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib