Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununu “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1010-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 569; 2001, № 12, maddə 736; 2005, № 8, maddə 692; 2006, № 11, maddə 928; 2007, № 6, maddə 560; 2008, № 8, maddə 695, № 11, maddə 960; 2009, № 12, maddə 966; 2013, № 4, maddə 357; 2014, № 1, maddə 8, № 4, maddə 337; Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1132-IVQD nömrəli Qanunu) 2-ci maddəsindən “andlı iclasçılar,” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2015-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin