SİYASƏT


Mehriban Əliyeva: İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifədir

Bakı, 13 may, AZƏRTAC

“Bakı-2017” İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifədir və beynəlxalq idman ictimaiyyəti üçün növbəti tarixi hadisədir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində söyləyib.

“Bu axşam biz İslam aləmini bir araya gətiririk”, - deyən Birinci vitse-prezident vurğulayıb ki, Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur.

Mehriban Əliyeva bildirib: “Ölkəmizin multikultural tarixi açıq, tolerant cəmiyyətimizin ən ülvi hissəsidir. Biz İslam tarixi və irsinin bir hissəsi olmaqdan, İslam dəyərlərini bölüşməkdən fərəhlənirik”.

Azərbaycanın iki il öncə birinci Avropa Oyunları çərçivəsində bütün Avropa qitəsini bir araya gətirərək tarix yazdığını vurğulayan Birinci vitse-prezident deyib: “İndi isə biz dörd qitənin İslam dünyasının insanlarını Bakıda – IV İslam Həmrəyliyi Oyunlarında birləşdiririk”.

Mehriban Əliyeva qeyd edib ki, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları və idmanın qüdrəti xalqlarımızı İslamın dostluq, sülh, tolerantlıq və mərhəmət ruhu altında bir araya gətirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.