MƏDƏNİYYƏT


“Məhşər günü” “Yuğ”da nümayiş olunub

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət “Yuğ” Teatrı yazıçı-dramaturq Gela Dumbadzenin “Məhşər günü” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanı təqdim edib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunan bir hissəli səhnə əsəri teatrın baş rejissoru Gümrah Ömərin quruluşunda təqdim olunub.

Tamaşada əsas rolları Əməkdar Artist Vidadi Həsənov, aktyorlar Amid Qasımov və Könül Cəfərzadə ifa ediblər. Əsəri Azərbaycan dilinə Nəriman Əliyev tərcümə edib. Səhnə əsərinin musiqi tərtibatçısı Amid Qasımov, quruluşçu rəssamı Umay Həsənova, xoreoqrafı isə Mikayıl Mikayılovdur.

Səhnə əsəri uğurlu karyera qurmuş, bu yolda bir sıra mənəvi dəyərlərini itirmiş və ölümə məhkum edilmiş, istedadlı, təcrübəli dövlət müşavirindən bəhs edir. O, hər şeydən bezir, gərəksiz biri olduğunu anlayır və özünü öldürmək qərarına gəlir. Bir sözlə, içində kök salmış laqeydliyi, təkəbbürü, xudbinliyi tədricən məhv edib əvəzində sevgi, savab kimi mənəvi keyfiyyətləri dirçəltməyi bacarır. Nəhayət, anlayır ki, bu mənəvi keyfiyyətlər insan həyatında əvəzi olmayan dəyərlər və həqiqətlərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.