CƏMİYYƏT


Məişət tullantılarına dair qanunvericiliyin tələblərini pozan 248 nəfər inzibati məsuliyyətə cəlb olunub

Bakı, 19 aprel, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar-mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının urnalardan kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari ilin birinci rübündə şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 244-cü (torpaqların zibillənməsi və korlanması), 266-cı (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizə tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozan 248 nəfər inzibati məsuliyyətə cəlb olunub. Həmin şəxslərə tətbiq olunan cərimələr 28 min 350 manat təşkil edib.

Təkcə bu ilin martında keçirilən birgə tədbirlərlə paytaxtın Sabunçu, Suraxanı, Binəqədi, Xəzər, eyni zamanda, Abşeron rayonları ərazilərində İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddələrinin tələblərini pozan 12 fiziki, hüquqi və vəzifəli şəxs müəyyənləşdirilib. Həmin şəxslər inzibati məsuliyyətə cəlb olunub və onlara 17 min 450 manat cərimə tətbiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.