REGİONLAR


Məişət zorakılığı və erkən nikahların qarşısının alınması yolları müzakirə olunub

A+ A

Sumqayıt, 26 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Avqustun 26-da Qubadlı rayon 2 saylı tam orta məktəbdə “Məişət zorakılığı və erkən nikahların aradan qaldırılması üçün fəaliyyətlərin gücləndirilməsi” layihəsi çərçivəsində “dəyirmi masa” keçirilib. Layihə “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən icra olunur.

AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”da Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Əliyeva, təhsil, səhiyyə, mədəniyyət sahələrini təmsil edən rayon ictimaiyyətinin fəal qadınları iştirak ediblər.

“Qadınlar Arasında Həmrəylik” İB-nin sədri Ruhəngiz Hüseynova layihə, onun məqsədi, vəzifələri haqqında iştirakçılara məlumat verib.

Layihənin eksperti Könül Quliyeva məişət zorakılığı, zorakılığın növləri, erkən nikah və onun fəsadları, qanunverilicikdə nəzərdə tutulan tədbirlər barədə danışıb. Bildirilib ki, layihənin keçirilməsində məqsəd qadınları məişət zorakılığı və erkən nikahların qarşısının alınması yolları və qanunvericilik barədə maarifləndirmək, məişət zorakılığı və erkən nikah qurbanlarına yanaşma tərzini dəyişməkdir.

Müzakirələr zamanı tədbir iştirakçıları ailə zorakılıqlarının və erkən nikahların aradan qaldırılması ilə bağlı müəyyən təkliflər veriblər.

“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi layihə çərçivəsində “dəyirmi masa” iştirakçılarının seçimi zamanı onların yaşadıqları yerin sakinləri ilə daha çox ünsiyyətdə olmaları əsas götürülüb. İştirakçıların “dəyirmi masa”da topladıqları məlumatların icma üzvləri ilə paylaşmaları nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.