CƏMİYYƏT
Məişət zorakılığına məruz qalan insanlara hüquqi yardım layihəsi çərçivəsində təlim keçirilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Qazaxda “Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyi “Məişət zorakılığının qurbanı olan şəxslərə hüquqi yardım və sosial xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində təlim keçirib.
İctimai birlikdən AZƏRTAC-a bildirilib ki, qurumun rəhbəri Əhməd Mansurov təlim iştirakçılarına layihə haqqında məlumat verib. Bildirib ki, layihənin məqsədi məişət zorakılığından əziyyət çəkən şəxslərə ictimaiyyət tərəfindən könüllü sosial xidmətlər göstərilməsini təbliğ etmək və bu sahədə çalışacaq insanların bilik və bacarıqlarını artırmaqdır. Təlim iştirakçılarına məişət zorakılığına məruz qalan insanlara psixoloji, sosial və hüquqi dəstəyin beynəlxalq standartları, sosial işin təşkili barədə məlumat verilib.
“Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin müvafiq layihəsi ilin sonunadək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]