REGİONLAR


Məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınmasında ictimai fəallıq artırılmalıdır

A+ A

Göyçay, 3 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınmasında insanların ictimai fəallığının artırılması” adlı layihənin icrasını davam etdirir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri Göyçay rayonunda təşkil olunub. Tədbirdə çıxış edənlər layihənin məqsədi haqqında məlumat veriblər. Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova rayonda məişət zorakılığı və erkən nikahlara qarşı mübarizə sahəsində görülən işlərdən danışıb.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib ki, ölkəmizdə insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan qadın hüquqlarının qorunması və təmin edilməsi dövlət siyasətində mühüm yerlərdən birini tutur. Hazırda qadın hüquqlarına, o cümlədən gender bərabərliyinə, qadın və kişilər arasında bərabərliyin təmin edilməsi üçün bərabər imkanların yaradılmasına dünya miqyasında, o cümlədən respublikamızda böyük önəm verilir.

Sonra “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun icra vəziyyəti, bu sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verilib.

Çıxışlarda müstəqil Azərbaycanda qadın siyasətinin əsasının ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qoyulduğu vurğulanıb və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.