DÜNYA


Meksika “Trampın səddi” üçün pul ödəməyəcək

A+ A

Bakı, 26 yanvar, AZƏRTAC

Meksika hökuməti ABŞ Prezidenti Donald Trampın iki ölkə arasında səddin tikintisinə başlamaq qərarını tənqid edib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Meksikanın bir neçə siyasətçisi Birləşmiş Ştatları məhkəməyə verməyə çağırıb. Ölkə Prezidenti Enrike Penya Nyeto isə öz növbəsində Trampın israr etməsinə baxmayaraq, səddin tikintisi üçün pul ödəməyəcəyini bir daha bəyan edib.

Nyeto ABŞ prezidentinin bu qərarı Meksika hökumət nümayəndələrinin Vaşinqtonda ticarət, təhlükəsizlik və miqrasiya məsələlərini müzakirə etdiyi bir vaxtda verməsindən təəssüfləndiyini bildirib.

Meksika Prezidentinin yanvarın 31-də Vaşinqtona planlaşdırılan səfərinin baş tutacağı hələlik məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.