DÜNYA


Meksika həbsxanasında iğtişaşlar: 9 nəfər həlak olub

Bakı, 11 avqust, AZƏRTAC

Meksikanın şimal-şərqində yerləşən Tamaulipas ştatının Reynosa şəhərindəki həbsxanada baş verən kütləvi iğtişaşlar 9 məhbusun ölümü ilə nəticələnib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, toqquşmalar nəticəsində, həmçinin 11 məhbus yaralanıb.

Ştatın İctimai Təhlükəsizlik Nazirliyi tərəfindən yayılan məlumata əsasən xəsarət alanlara tibbi yardım göstərilib. İnsidentdən sonra cəzaçəkmə müəssisəsinin daxilində və onun xarici perimetri üzrə təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, Meksika həbsxanalarında iğtişaşlar nadir hal sayılmır. Çox vaxt onlar insan ölümləri ilə müşayiət olunur. Son illərin ən qanlı iğtişaşları 2016-cı ilin fevral ayında qeydə alınıb. Rəsmi məlumata əsasən, o zaman Nuevo-Leon ştatında yerləşən “Topo-Çiko” həbsxanasında baş verən toqquşmalarda 49 nəfər həyatını itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.