DÜNYA


Meksikada 3 cinayətkar 29 polisi soyub

Bakı, 19 may, AZƏRTAC

Meksikada üç silahlı şəxs Akapulkodan Mexikoya gedən 29 polis əməkdaşını qarət edib.

AZƏRTAC xəbər verir ki, Universal nəşrinin milli təhlükəsizlik komissiyasındakı (CNS) mənbəyə istinadla yaydığı məlumata görə, Akapulko federal polisinin əməkdaşları Mexikoya turist avtobusunda gedirdilər. Onların heç birinin üstündə silah yox idi. Avtobus yolda sınıb və sürücü dayanmağa məcbur olub. Bundan istifadə edən cinayətkarlar polisləri silahla hədələyərək onların saatlarını, mobil telefonlarını və çantalarını əllərindən alıblar.

İnsident zamanı xəsarət alan olmayıb. CNS-in əməkdaşları bildiriblər ki, hadisə ilə bağlı təhqiqat aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.