DÜNYA


Meksikada Tramp əleyhinə nümayişlər keçirilir

Bakı, 13 fevral, AZƏRTAC

Rəsmi Mexiko ilə Vaşinqton arasında diplomatik böhranın dərinləşdiyi bir vaxtda minlərlə meksikalı ABŞ Prezidenti Donald Trampa və onun Meksika ilə sərhəddə divarın tikintisi ilə bağlı layihəsinə qarşı nümayiş keçirib.

AZƏRTAC “lefigaro.fr” saytına istinadla xəbər verir ki, əllərində Meksika bayraqları tutan nümayişçilər şirkətlərin, vətəndaş cəmiyyətlərinin və universitetlərin çağırışı ilə küçələrə axışıblar.

Sosial şəbəkələrdə #VibraMexico haştaqı ilə başlanan etiraz aksiyası ölkənin ikinci şəhəri olan Qvadalaharada da keçirilib. İyirmiyə yaxın digər şəhərdə isə nümayişlərə hazırlıqlar görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.