DÜNYA
Meksikada atışma: 10 nəfər həlak olub
Bakı, 8 avqust, AZƏRTAC
Meksikanın qərbində yerləşən Duranqo ştatında baş verən atışma nəticəsində ən azı 10 nəfər həyatını itirib.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, atışmada sağ qalanlar polis gələnə qədər hadisə yerini tərk edə bilib.
Hadisə Duranqo və cinayətkarlıq səviyyəsinin yüksək olduğu Sinaloa ştatlarının sərhədində baş verib. İlkin məlumata əsasən, atışmaya ailələr arasında uzun sürən ədavət səbəb olub.
Sinaloa ştatı eyniadlı narkokartelin təsiri altındadır. Həmin kartelin lideri “Bəstəboy” ləqəbli Hoakin Qusman Loeru 2016-cı ildə Los-Moçis şəhərində həbs olunaraq ABŞ-a ekstradisiya edilib. Bu ştatda cinayətkarlıq səviyyəsinin artmasını məhz “Sinaloa” kartelinin fəaliyyəti ilə əlaqələndirirlər.