DÜNYA


Meksikada barda atışma: 6 nəfər ölüb, 22 nəfər yaralanıb

Bakı, 4 iyun, AZƏRTAC

Meksikanın Çiuaua ştatının Kuatemok şəhərində barda baş verən atışmada 6 nəfər ölüb, 22 nəfər yaralanıb. Meksika Baş Prokurorluğun məlumatına görə, naməlum şəxs bara girərək “AK-74” avtomat silahı ilə atəş açmağa başlayıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, qanlı hadisənin iki cinayətkar qrup arasında baş verdiyi ehtimal olunur. Lakin hadisənin kim tərəfindən və nə səbəbə törədilməsi hələlik məlum deyil.

Cari ilin əvvəlindən bəri bu bölgədə 700 qəsdən adam öldürmə hadisəsi baş verib ki, bu da 2016-ci ilin müvafiq dövründəki göstəricidən xeyli çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.