DÜNYA


Meksikada bir ailənin beş üzvü, o cümlədən üç uşaq qətlə yetirilib

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

Meksikanın Tamaulipas ştatında yerləşən Syudad-Viktoriya şəhərində beş nəfərdən ibarət ailə öldürülüb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, cinayətkarlar evə soxularaq orada yaşayan insanları güllələyiblər. Hadisə nəticəsində iki qadın və biri körpə olan üç uşaq həyatını itirib.

Bu, Syudad-Viktoriya şəhərində baş verən ikinci dəhşətli qətl hadisəsidir. Bir neçə gün əvvəl şəhərdə 14 nəfərin ölümü ilə nəticələnən cinayət törədilmişdi. Hamin hadisə zamanı qətlə yetirilənlərin 11-i eyni ailənin üzvü olub.

ABŞ ilə sərhəddə yerləşən Tamaulipas ştatı Birləşmiş Ştatlara narkotik daşınmasına nəzarət etmək uğrunda “Los-Setas” və “Zaliva” adlı iki güclü kartelin qarşıdurma mərkəzinə çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.