MƏDƏNİYYƏT
Meksikada böyük bəstəkarımız Fikrət Əmirovun əsəri səslənib
Bakı, 3 mart, AZƏRTAC
Meksikanın paytaxtı Mexiko şəhərində Livan Respublikasının mədəniyyət günləri çərçivəsində silsilə konsert proqramları təşkil olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, mədəniyyət günlərində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Mexiko şəhər filarmonik orkestrinin ifasında xalqımızın böyük bəstəkarı Fikrət Əmirovun “Ərəb mövzularında fortepiano və orkestr üçün konsert” adlı əsəri təqdim olunub.
Mexiko Şəhər Teatrında keçirilən konsertdə orkestr tərəfindən həmçinin livanlı bəstəkar Camal Əbül Hüsn və Belçika əsilli Fransa bəstəkarı və orqanisti Sezar Frankın əsərləri də ifa olunub. Orkestri livanlı bədii rəhbər və baş dirijor Lubnan Baalbaki idarə edib.
Fikrət Əmirovun musiqisi dərin məzmunu, zənginliyi, incəliyi, xəlqiliyi ilə dinləyiciləri özünə cəzb edib və alqışlarla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]