DÜNYA


Meksikada cinayətkarlar bir ailənin yeddi üzvünü öldürüb

Bakı, 31 iyul, AZƏRTAC

Meksikanın Herrero ştatında cinayətkarlar bir ailənin yeddi üzvünü öldürüb. Öldürülənlərdən dördü uşaqdır.

TASS agentliyinin məlumatına görə, insanlar öz evində öldürülüb. Cinayətkarlar qətli törədərkən odlu silahdan istifadə edib. Ailənin balaca üzvlərindən biri cinayətkarların gözündən yayınaraq qaçmağa macal tapıb.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı hər hansı versiya irəli sürməyiblər.

Qeyd edilir ki, cinayətkarlar cari ilin əvvəlindən bu günədək ölkənin 12 bölgəsində 24 ailəni qətlə yetiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.