DÜNYA


Meksikada cinayətkarlar polis helikopterini vurub

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

Meksikada cinayətkar qruplaşma üzvləri tərəfindən vurulan helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, polis helikopteri ölkənin cənub-qərbində yerləşən Miçoakan ştatında çətin keçilən ərazidə xüsusi əməliyyatda iştirak edirdi. Hüquq mühafizə orqanlarının əməkdaşları yerli qruplaşma başçılarını təqib etməyə çalışırdılar.

Hadisənin təfərrüatları barədə məlumat verilmir. Həyatını itirənlərdən üçünün polis zabiti, digərinin isə pilot olduğu bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.