DÜNYA


Meksikada son 32 ilin ən güclü leysan yağışları qeydə alınıb

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

Meksikanın cənub rayonlarına yağan leysan yağışları güclü daşqınlara və torpaq sürüşməsinə səbəb olub. Təbii fəlakət nəticəsində azı 3 nəfər həyatını itirib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, 600 nəfərdən çox insan təbii fəlakət zonasından təxliyə olunaraq müvəqqəti yaşayış məntəqələrinə yerləşdirilib. Daşqınlardan ən çox Çyapas ştatı zərər görüb. Ştatın qubernatoru Manuel Velaskonun sözlərinə görə, regionda son 32 ilin ən güclü leysan yağışları qeydə alınıb.

Bundan başqa, daşqınlar Herrero ştatında da torpaq sürüşmələrinə və yolların dağılmasına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.