DÜNYA
Meksikada tanınmış yazıçı-jurnalist qətlə yetirilib
Bakı, 16 may, AZƏRTAC
Meksikada tanınmış yazıçı və jurnalist Xavyer Valdes Kardenasın qətli ilə bağlı təhqiqat aparılır.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, onun avtomobili mayın 15-də Sinaloa ştatının Kulyakan şəhərində naməlum cinayətkarlar tərəfindən atəşə tutulub. Faciə RioDoce həftəliyinin ofisi yaxınlığında baş verib. Kardenas bu nəşrin əsasını 2003-cü ildə bir qrup həmfikri ilə qoymuşdu.
Müstəntiqlər güman edirlər ki, qətl mafiya haqqında bir neçə kitabın müəllifi olan jurnalistin peşə fəaliyyəti ilə əlaqədardır. Ştatın hakimiyyət orqanları Kardenasın öldürülməsindən sonra onun qohumları və həmkarlarının müdafiəsi üçün tədbirlər görüblər.
Meksika prokurorluğunun məlumatına görə, 2000-ci ildən bəri ölkədə müxtəlif KİV-lərlə əməkdaşlıq edən 100-dən çox insan öldürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]