CƏMİYYƏT


Meksikalı tələbələrin BANM-də təhsil almaları üçün geniş imkanlar var

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşüb.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verən rektor ölkələrimiz arasındakı əlaqələrdən danışıb, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini xüsusi vurğulayıb. BANM-in mühəndis kadrlarının hazırlanmasında tətbiq olunan müasir tədris proqramlarından və texnologiyalarından söz açan E.Qasımov diqqət çatdırıb ki, SOCAR-ın müəssisələrində, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə bu ali təhsil ocağının tələbələri üçün istehsalat təcrübəsi təşkil edilir.

BANM-in beynəlxalq əlaqələrini genişləndirməkdə maraqlı olduğunu deyən rektor qeyd edib ki, ali məktəb Meksikanın neft-qaz, energetika müəssisələri və ali təhsil ocaqları ilə işgüzar münasibətlərin qurulmasına hazırdır. Meksikalı tələbələrin də BANM-də təhsil almaları üçün geniş imkanlar mövcuddur.

Səfir Azərbaycan və Meksika arasında xüsusilə təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğunu bildirib. Vurğulanıb ki, səfirlik Meksikanın ali məktəbləri və müəssisələri ilə BANM arasında əlaqələrin yaradılması üçün hərtərəfli dəstək verməyə hazırdır.

Sonda səfirə BANM-in “Fəxri qonaq” diplomu təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.