CƏMİYYƏT


“Məktəb icmaları” layihəsi çərçivəsində yeni seminar keçiriləcək

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Oktyabrın 3-də Təhsil Nazirliyinin təşəbbüsü ilə “Community.az” portalı “Məktəb İcmaları” layihəsi çərçivəsində “XXI əsrdə uşaqların düzgün tərbiyə edilməsi və sosial şəbəkələrdəki təhlükələrlə mübarizənin yolları” mövzusunda seminar keçirəcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, seminarın təşkilində əsas məqsəd valideynlərə uşaq psixologiyası haqqında daha dolğun məlumat vermək, onların ünsiyyət qurmaq bacarığını inkişaf etdirmək, övladlarını sosial şəbəkələrdə yaranan müxtəlif təhlükələrdən qorumaqda yardımçı olmaqdır.

Seminarda Almaniyanın Psixoloqlar Assosiasiyasının üzvü, Berlində fəaliyyət göstərən “Ailə və təhsil” mərkəzinin müşaviri Qalina Heinzelmannın məruzə ilə çıxışı nəzərdə tutulub.

Tədbirdə iştirak etmək istəyənlər [email protected] elektron ünvanı və yaxud +(99412)3100322; +(99451)6993996 telefon nömrələri ilə əlaqə saxlamaqla qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.