ELM VƏ TƏHSİL


Məktəb rəhbərləri üçün “Məktəb idarəçiliyi proqramı” mövzusunda təlim keçirilir

Bakı, 11 may, AZƏRTAC

Təhsil İnstitutunun təşəbbüsü və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Sinqapurun Milli Təhsil İnstitutu tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “Məktəb idarəçiliyi proqramı” mövzusunda təlim keçirilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təlim kursunun əsas məqsədi məktəb direktorlarına qabaqcıl təhsil sistemi və səmərəli məktəb idarəetməsi haqqında məlumat vermək, onların liderlik potensialını inkişaf etdirməkdir.

Təlim kursu xüsusi dəvət olunmuş Sinqapurun Milli Təhsil İnstitutunun nümayəndəsi Cumaat Bin Masdavud tərəfindən aparılır. Kurs çərçivəsində liderlik, vaxtın idarə olunması, ünsiyyət bacarıqlarının inkişafı və digər mövzularda interaktiv sessiyalar da təşkil olunur.

Təlim kursunda iştirak etmək üçün 28 nəfər məktəb direktoru seçilib.

Qeyd edək ki, Sinqapurun Milli Təhsil İnstitutu məktəb rəhbərlərinin və müəllimlərin hazırlığı, ixtisasartırma fəaliyyətinin inkişafı ilə məşğul olan təhsil qurumudur. Təhsildə geniş tədqiqat fəaliyyəti həyata keçirən bu qurum Sinqapurun regional təhsil mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayıb. Milli Təhsil İnstitutunun fəaliyyətinin əsas nailiyyətlərindən biri Sinqapurun 2015-ci ildə keçirilmiş PİSA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) tədqiqatında dünya üzrə ilk pillədə qərarlaşmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.