CƏMİYYƏT


“Məktəb seminarları” layihəsi çərçivəsində növbəti təlim-seminar keçirilib

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

Suraxanı rayonundakı 317 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında keçirilən “Məktəb seminarları” layihəsi çərçivəsində növbəti təlim-seminar təşkil olunub.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, paytaxtın ümumi təhsil məktəblərini əhatə edən layihənin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunmasıdır. Bununla yanaşı, layihə məktəblərin “öyrənən məktəb-öyrənən təşkilat” kimi inkişaf etdirilməsinə dair mövzularda seminarlar keçirir, bir çox vacib dəyərləri təbliğ edir.

Tədbirdə “Keyfiyyətə nəzarət işinin təşkili və təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar və BŞTİ-nin mühüm istiqamətlər üzrə fəaliyyətinin təhlili” mövzusunda çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva layihənin keçirilməsinin məqsədlərindən və səmərəli məktəbin formalaşdırılması prosesində zəruri olan tədbirlərdən danışıb.

M.Vəliyeva, həmçinin dəyərlərə sahib olan məktəb modelinin yaradılmasının daha optimal yolları məsələsini iştirakçıların müzakirəsinə təqdim edib.

BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanovanın “Rayonlar üzrə məktəblərin keyfiyyət göstəricilərinin təqdimat və müzakirəsi” mövzusunda çıxışı dinlənilib.

Mövzular ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Layihə çərçivəsində ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, valideyn icmaları və şagirdlər üçün əvvəlcədən müəyyənləşdirilmiş mövzularda sessiyalar təşkil edilib.

Qeyd edək ki, “Məktəb seminarları” layihəsi çərçivəsində təşkil olunan təlim-seminarların paytaxtın bütün rayonlarında keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.