CƏMİYYƏT


“Məktəb seminarları” layihəsi yekunlaşıb

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Noyabrın 3-də Səbail rayonundakı 189-190 nömrəli tam orta məktəbdə “Məktəb seminarları” layihəsi çərçivəsində yekun təlim-seminar təşkil olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən layihə “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılır.

AZƏRTAC xəbər verir ki, təlim-seminar çərçivəsində ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, valideyn icmaları və şagirdlər üçün əvvəlcədən müəyyənləşdirilmiş mövzularda ayrı-ayrı sessiyalar təşkil edilib.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva layihənin məqsədindən və əldə olunan nəticələrdən danışıb. Paytaxtın bütün rayonlarını əhatə edən layihənin təhsil ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığını söyləyən M.Vəliyeva “Keyfiyyətə nəzarət işinin təşkili və təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar və BŞTİ-nin mühüm istiqamətlər üzrə fəaliyyətinin təhlili” mövzusunda məruzə ilə çıxış edib. Səmərəli məktəbin formalaşdırılması prosesində zəruri olan tədbirləri sadalayan M.Vəliyeva əsas fəaliyyət istiqamətləri üzrə nəzərdə tutulan məsələlərin yerinə yetirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib.

Təlim-seminarda rayon üzrə məktəblərin keyfiyyət göstəricilərinin təqdimatı olub.

Sonda mövzu ilə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.