CƏMİYYƏT


“Məktəb seminarları” layihəsinə başlanılacaq

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsinə başlayacaq.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, paytaxtın ümumi təhsil məktəblərini əhatə edən “Məktəb seminarları” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması, habelə məktəblərin “öyrənən məktəb-öyrənən təşkilat” kimi inkişaf etdirilməsinə dair mövzularda seminarlar keçirmək və bu kimi digər vacib dəyərləri təbliğ etməkdir.

“Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Səmərəli məktəb yaradaq” təşəbbüsü çərçivəsində “Məktəb seminarları”, “Oxu marafonu”, “Qlobal yazı”, “Beynəlxalq əməkdaşlıq”, “75 məktəb”, “Qlobal vətəndaşlıq”, “Məktəb idarəetməsinin dəstəklənməsi”, “Kitabxana dərsləri” və digər silsilə layihələr həyata keçiriləcək.

Layihənin icrasına Pirallahı rayonunda yerləşən 186 nömrəli tam orta məktəbdə başlanılacaq.

Qeyd edək ki, “Məktəb seminarları” layihəsi 2015-2016-cı tədris ilində təhsildə uğurlu nəticələr əldə edən məktəblərin nailiyyətlərinin müzakirəsi və idarəetmə istiqamətində mövcud olan uğurlu təcrübənin bölüşdürülməsi məqsədilə həyata keçirilən “Nəzəriyyədən təcrübəyə” adlı “Açıq qapı” layihəsinin davamıdır. Layihənin ikinci ilində məqsəd təhsildəki keyfiyyət artımının daha da dayanıqlı olması, “keyfiyyətli təhsilvermə”, “xoşbəxt şagird - keyfiyyətin ən vacib göstəricisi” kimi amilləri əsas götürməklə səmərəli məktəb ideyasının dəyərə, ənənəyə çevrilməsini təmin etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.