CƏMİYYƏT


“Məktəb seminarları” layihəsinin ilkin nəticələri müzakirə olunub

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) “Məktəb seminarları” layihəsinin yekunlarına dair görüş keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, idarə müdiri Məhəbbət Vəliyeva təhsil müəssisələrində reallaşdırılan layihə çərçivəsində aparılan interaktiv müzakirələr barədə fikirlərini bölüşüb. Sürətlə dəyişən müasir dünyada təhsilin keyfiyyətinə təsir edən amillərin vaxtında dəyərləndirilməsinin zəruriliyinə diqqət çəkən M. Vəliyeva bu istiqamətdə təhsil müəssisələrinə hərtərəfli dəstək verildiyini söyləyib. M.Vəliyeva qeyd edib ki, hədəf qruplarının marağı nəzərə alınaraq, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması məqsədilə “Məktəb seminarları”nın davam etdirilməsinə ehtiyac duyulur.

Görüşdə mövzu ilə bağlı çıxışlar dinlənilib.

Qeyd olunub ki, “Təhsili dəyərə çevirək” devizi altında reallaşan “Məktəb seminarları” və digər müvafiq layihələr səmərəli məktəbin formalaşdırılması, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması və məktəblərin “öyrənən məktəb-öyrənən təşkilat” kimi inkişaf etdirilməsi məqsədilə təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.