REGİONLAR
Məktəbdə Bərdənin qədim tarixi ilə bağlı mühazirə oxunub
Bərdə, 18 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki təmayüllü məktəb-liseydə Bərdə şəhərinin qədim tarixinə həsr olunmuş lektoriya təşkil edilib.
AZƏRTAC xəbər verir ki, rayonun tarix müəllimlərinin, mədəniyyət işçilərinin, ziyalıların, məktəblilərin, rayon ictimaiyyəti nümayəndələrinin qatıldıqları tədbirdə liseyin direktoru, Bilik Fondunun Bərdə rayonu üzrə nümayəndəsi Vidadi Süleymanov çıxış edərək Fondun rayonda, respublikada və xaricdə həyata keçirdiyi layihələr barədə məlumat verib.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, professor Arif Məmmədovun tarixi-arxeoloji materiallar əsasında “Bərdə şəhərinin yaranma tarixi” mövzusunda məruzəsi maraqla dinlənilib.
Tədbirdə iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.