ELM VƏ TƏHSİL
Məktəbdə “Elmin zirvələrini fəth edək” mövzusunda elmi-praktik konfrans
Bakı, 8 dekabr, AZƏRTAC
Bakıdakı 147 nömrəli texniki-humanitar liseydə “Elmin zirvələrini fəth edək” mövzusunda elmi-praktik konfrans keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, konfransın keçirilməsinin məqsədi məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya”nın üzvlərinin tədqiqat işlərini nümayiş etdirmək olub.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva “Kiçik akademiya”lar barədə ətraflı məlumat verib, onların fəaliyyətinin və şagirdlərin layihələrinin tədqiqatyönümlü olmasının vacibliyini vurğulayıb.
Konfransın elmi hissəsində Azərbaycan dili və ədəbiyyatı, rus və ingilis dilləri, riyaziyyat, informatika, tarix, coğrafiya, fizika, kimya-biologiya bölmələrində müzakirələr aparılıb.
Bədii hissədə şagirdlər mahnı və şeirlər ifa ediblər.