CƏMİYYƏT


Məktəbdə “Multikulturalizm sözdə və əməldə” mövzusunda tədbir

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Bakıdakı 246 nömrəli tam orta məktəbdə “Multikulturalizm sözdə və əməldə” mövzusunda tədbir keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi multikulturalizm ənənələrini qoruyub saxlamaq və onun geniş təbliğinə nail olmaq, müxtəlif ölkələrin tarixini gənc nəslə çatdırmaq, onlar arasında qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq münasibətlərini gücləndirməkdir.

Əvvəlcə iştirakçılar məktəblilərin mövzu ilə bağlı hazırladıqları sərgi ilə tanış olublar.

“Multikulturalizm ili” çərçivəsində keçirilən tədbirdə məktəbin direktoru Almaz Bayramova Azərbaycanda müxtəlif millətlərə, dinlərə və etnik qruplara məxsus insanların qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Tədbirdə müxtəlif ölkələrin mədəniyyəti, milli adət-ənənələri, dekorativ tətbiqi sənət nümunələri nümayiş etdirilib, rəqs və mahnılar ifa olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.