CƏMİYYƏT


Məktəbdə “Sağlam həyat tərzi seç, sağlam yaşa” tədbiri keçirilib

Bakı, 25 may, AZƏRTAC

Xətai rayonundakı 263 nömrəli məktəbdə şagird və gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təbliği, düzgün qidalanmanın faydasından bəhs edən “Sağlam həyat tərzi seç, sağlam yaşa” tədbiri keçirilib. Bu barədə AZƏRTAC rayon icra hakimiyyətinin saytına istinadla xəbər verir.

Tədbirdə məktəbin direktoru Nurqələm Bayramova, rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Bakı şəhər baş təhsil idarəsinin nümayəndələri Səidə Musayeva və Tural Mirzəyev, həkim-psixiatr Orxan Fərəcli və başqaları çıxış edərək bildiriblər ki, ölkəmizin şəhər və rayonlarında gənclərin maraqlarına uyğun olaraq müxtəlif studiyalar, kompüter və xarici dil kursları, virtual siniflər, xalq sənətkarlığı ilə əlaqədar xalçaçılıq, toxuculuq və digər emalatxanalar, dərnəklər, internet klub və kafelər, elektron kitabxanalar, konfrans, müasir formatlı kino, diskoteka və sərgi salonları fəaliyyət göstərir. Bölgələrdə 50-yə yaxın müasir Olimpiya İdman Kompleksi, Bakıda idmanın ən müxtəlif növü üzrə beynəlxalq yarış keçirmək üçün müasir idman obyektləri var. Azərbaycan idmançılarının beynəlxalq yarış, dünya, Avropa çempionatları və Olimpiya oyunlarındakı uğurlu çıxışları məhz idmanın inkişafı və təbliği sahəsində aparılan aparılan düzgün siyasətin nəticəsi olduğu qeyd edilib.

Tədbirdə incəsənət ustaları və məktəb şagirdlərinin ifasında mahnılar səsləndirilib, səhnəciklər nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.