ELM VƏ TƏHSİL
Məktəbdə xeyriyyə aksiyası
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də Bakının Nardaran qəsəbəsindəki 130 nömrəli tam orta məktəbdə xeyriyyə aksiyası keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, aksiyanın əsas məqsədi “Sağlam gələcək” layihəsi çərçivəsində məktəblilərin gözlərini pulsuz müayinə etməkdir.
“Atəşgah” Sığorta Şirkəti və “Avrasiya” Hospitalının birgə təşkil etdiyi xeyriyyə aksiyası çərçivəsində şagirdlərin gözləri müayinə olunub, onlara müvafiq məsləhətlər verilib. Eyni zamanda, şagirdlərin sualları da ətraflı cavablandırılıb.
Sonda məktəbin direktoru Ağasəid Orucov belə xeyriyyə tədbirlərinin keçirilməsinin əhəmiyyətini qeyd edib, təşkilatçılara minnətdarlığını bildirib.
Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkətinin 20 illiyi ilə əlaqədar məktəbdə keçirilən xeyriyyə aksiyası noyabrın 25-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:44]
Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub
- 26.04.2024 [17:15]
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar
- 26.04.2024 [16:52]
“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev
- 26.04.2024 [16:34]
“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB
- 26.04.2024 [16:32]
Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub
- 26.04.2024 [16:13]
BDU-da “Türk otağı” açılıb
- 26.04.2024 [15:49]
BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir
- 26.04.2024 [15:35]