ELM VƏ TƏHSİL
Məktəbdənkənar müəssisənin əməkdaşları Çexiyada olublar
Bakı, 29 dekabr, AZƏRTAC
Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin (RETTM) əməkdaşları Çexiyada olublar.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, bu qurum, Çexiyanın Azərbaycandakı səfirliyi və Almaniya Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən təşkil olunan səfərdə mərkəzin direktoru Firuzə Sultanzadə, metodistlər və dərnək rəhbərləri iştirak ediblər.
Səfərin məqsədi müasir tələblərə uyğun bilik və bacarıqların artırılması, Çexiyanın məktəbdənkənar təhsil müəssisələrinin işi ilə tanışlıq olub.
RETTM-in əməkdaşları Praqa, Brno və Plzen şəhərlərinin tanınmış ekoloji və turizm təhsil təşkilatlarının rəhbərləri ilə görüşüb, texnoloji mərkəzləri ziyarət ediblər. Onlar, eyni zamanda, bir sıra ekoloji təşkilatların təhsil sahəsindəki proqram və dərs vəsaitləri ilə tanış olub, bu proqramların Azərbaycanın məktəbdənkənar təhsilində tətbiqi barədə müzakirələr aparıblar.