ELM VƏ TƏHSİL


Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlim

Bakı, 5 iyun, AZƏRTAC

IT STEP Akademiyasında məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlim keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təlimin əsas məqsədi məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, pedaqoji heyətin işinin təkmilləşdirilməsi, texniki yaradıcılıq sahəsində fəaliyyət göstərən dərnəklərin müasir tələblərə uyğunlaşdırılmasıdır.

Təlimdə texnikiyönümlü dərnəklərlə yanaşı, uşaqların erkən yaş qrupları üzrə intellektual klubların dərnək rəhbərləri də iştirak ediblər.

Təlimin mövzusu “CodeClub” proqramı (codeclub.org) üzrə “Scratch” proqramlaşdırma dilinin öyrədilməsi olub.

Massaçusets Texnologiya Universiteti tərəfindən tərtib olunmuş “Scratch” proqramlaşdırma dili 8-16 yaşlı uşaqlarda yaradıcı, sistematik düşüncəni və komanda işi bacarıqlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulub. Eyni zamanda, proqram dərnək rəhbərlərinə tədris zamanı əlavə resurslardan istifadə imkanlarının genişləndirilməsinə xidmət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.