CƏMİYYƏT


Məktəbəhazırlıq qrupları fəaliyyətə başlayır

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Təhsil nazirinin müvafiq əmrlərinə əsasən, 2016-2017-ci tədris ilində Bakının bir sıra məktəblərində ödənişsiz (dövlət büdcəsinin vəsaiti hesabına) məktəbəhazırlıq qrupları təşkil ediləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, məktəbəhazırlıq qrupları paytaxtdakı 254 məktəbdə fəaliyyət göstərəcək.

Hazırda BŞTİ tərəfindən məktəbəhazırlıq qruplarının fəaliyyəti üçün şəraitin öyrənilməsi məqsədilə monitorinqlər həyata keçirilir. Hazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəb şəbəkəsinin genişlənəcəyi gözlənilir.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına beş yaşı tamam olan uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarına müvafiq sənədlər- direktorun adına ərizə, doğum haqqında şəhadətnamənin surəti, 3x4 ölçüdə iki fotoşəkil təqdim olunmalıdır.

Oktyabrın 1-dən mayın 31-dək həftədə dörd gün olmaqla fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır.

Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.