CƏMİYYƏT


Məktəbəhazırlıq qruplarında tədrisə başlanılıb

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də ümumi təhsil məktəblərində beş yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə başlanılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına beş yaşı həmin il tamam olmuş uşaqlar qəbul ediliblər.

Dövlət hesabına aparılan məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərir.

Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılacaq.

Məktəbəhazırlıq qruplarının 2016-2017-ci dərs ilinə aid tədris planına əsasən, məşğələlər həftədə dörd gün (12 saat) keçiriləcək. Bu qruplara bir gün ərzində üç məşğələ tədris olunacaq. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.

Məktəbəhazırlıq qruplarında ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitq inkişafı, bədii təfəkkürün inkişafı, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət, musiqi və fiziki mədəniyyət dərs məşğələləri tədris ediləcək.

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək və məşğələlər mayın 31-də başa çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.