ELM VƏ TƏHSİL


Məktəbəhazırlıq qruplarının müəllimlərinə sertifikatlar veriləcək

Bakı, 18 iyul, AZƏRTAC 

“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə iyulun 13-dən başlayan kurslar davam edir.

Bakı şəhəri üzrə Təhsil idarəsindən AZƏRTAC-a bildiriblər ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən təşkil olunan kurslar iyulun 20-dək davam edəcək. Əsas məqsəd uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.

Kursları uğurla başa vuran müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikatlar veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.