ELM VƏ TƏHSİL


Məktəbəqədər təhsil üzrə ixtisasartırma  təlimlərinə qeydiyyat başlanıb

Bakı, 24 iyul, AZƏRTAC

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) və “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən ixtisasartırma təlimlərinə qeydiyyat başlanıb.

TİPİİ-dən AZƏRTAC-a bildiriblər ki, təlimlər məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçalarında), orta və böyük yaş qruplarında fəaliyyət göstərən tərbiyəçilər, metodistlər və gələcəkdə məktəbəqədər təhsil müəssisələrində işləmək istəyənlər üçün nəzərdə tutulub. Avqustun 1-dən 8-dək keçiriləcək təlimlər nəzəri biliklərlə yanaşı, praktik bacarıqların formalaşdırılması istiqamətində aparılacaq.

Kursu uğurla bitirən müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikatlar təqdim olunacaq. Təlimlərdə iştirak etmək istəyənlər müvafiq qeydiyyat formasını doldurmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.