ELM VƏ TƏHSİL


“Məktəbəqədər təhsilin kurikulumu” sənədinin layihəsi ictimai müzakirəyə təqdim edilir

Bakı, 12 iyun, AZƏRTAC

Təhsil Nazirliyi “Məktəbəqədər təhsilin kurikulumu” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, sənəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrasını təmin etmək məqsədi ilə hazırlanıb.

İctimai müzakirədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin internet saytının “Sənədlər” bölməsində (http://edu.gov.az/upload/file/mektebeqeder/mektebeqeder-tehsilin-kurikulumu-layihe.pdf) həmin sənədlə tanış ola bilərlər.

Rəy, təklif və iradları layihe@edu.gov.az elektron poçtuna göndərməklə bildirmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.