ELM VƏ TƏHSİL
Məktəblər arasında onlayn rejimdə “dəyirmi masa”
Bakı, 4 mart, AZƏRTAC
Bakının 5 və 276 nömrəli tam orta məktəbləri arasında görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin əsərlərinin müzakirəsinə həsr olunan, onlayn rejimdə “dəyirmi masa” keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, “dəyirmi masa”da canlı bağlantı vasitəsilə şagirdlər arasında “Müasir gənclik niyə kitab oxumur?”, “Kitab oxumaq, mütaliə insana nə verir?”, “Mütaliə hafizəni gücləndirirmi?”, “Biz niyə bədii ədəbiyyatlar oxumalıyıq?” mövzularında fikir mübadiləsi aparılıb.
Tədbirdə məktəblilər görkəmli yazıçının yaradıcılığından bəhs edib, onun “Doktor Cinayətov”, “Təzə toyun nəzakət qaydaları”, “Anket Anketov”, “İclas qurusu”, “Bir gəncin manifesti”, “Ərik ağacı”, “Möhür” , “Dirilən adam” və s. hekayə və romanlarından dəyərli fikirlər səsləndiriblər.
Sonra şagirdlər yazıçının “Bir gəncin manifesti” əsərindən, “Plovdan sonra” hekayəsindən səhnələşdirilmiş parçalar nümayiş etdiriblər.
Tədbirdə çıxış edənlər yazıçı, publisist Mir Cəlal Paşayevlə bağlı xatirələrini bölüşüblər.