ELM VƏ TƏHSİL
Məktəblərdə çərşənbə iməcilikləri keçirilir
Bakı, 28 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində çərşənbə iməcilikləri davam edir.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, iməcilikdə paytaxtın məktəblərinin kollektivi və valideyn icmasının iştirakı ilə təhsil müəssisələrinin həyətyanı sahələri təmizlənib, abadlıq işləri görülüb, gül-çiçək əkilib. Həmçinin, şagirdlərə od çərşənbəsinin mahiyyəti, adətləri barədə məlumat verilib.
Layihənin həyata keçirilməsinin əsas məqsədi şagirdlərin Azərbaycanın adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasıdır.
Qeyd edək ki, iməciliklərin növbəti çərşənbələrdə də davam etdirilməsi nəzərdə tutulub.