ELM VƏ TƏHSİL


Məktəblərdə zərərli vərdişlərə qarşı mübarizə aparılır

Bakı, 8 iyun, AZƏRTAC 

Bakı şəhərindəki ümumi təhsil müəssisələrində “Narkomaniyaya yox deyək!”, “Narkomaniya bəşəriyyətin bəlasıdır”, “ Siqaretə yox deyək!” və digər mövzularda “dəyirmi masa”, seminar, mühazirələr təşkil edilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə şagirdlər, valideynlər, müəllimlər, müvafiq dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Belə tədbirlərin keçirilməsinin məqsədi şagirdləri narkomaniyanın və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə, idmana olan həvəslərini artırmaqdır.

Məktəblilərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi üçün aparılan işlərdən bəhs olunan tədbirlərdə Azərbaycanda 2013-2018-ci illərdə narkomaniya ilə mübarizəyə dair Dövlət Proqramının, digər zərərli vərdişlərlə bağlı mövcud qanunvericiliyin və bu məsələlərlə əlaqədar beynəlxalq səviyyədə qəbul edilmiş qərarların tələbləri ilə əlaqədar atılan addımlar diqqətə çatdırılıb.

Tədbirlərdə məktəblilər narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair ədəbi-bədii kompozisiyalar təqdim ediblər, videoçarxlar nümayiş olunub. Həmçinin şagirdlərin sualları cavablandırılıb, müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.