ELM VƏ TEXNOLOGİYA


“Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” adlı layihə başa çatıb

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev-muzeyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən “Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” adlı layihə başa çatıb.

Hüseyn Cavidin ev-muzeyindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində son tədbir Bakı şəhərinin Səbail rayonundakı Avropa-Azərbaycan Məktəbində təşkil olunub.

Tədbirdə məktəbin müəllimi Hüseyn Şahbəndəyev, ev-muzeyinin elmi katibi Natiq Mürsəlov, layihə rəhbəri Fəridə Əliyeva böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığından, əsərlərinin əhəmiyyətindən danışıblar.

Eyni zamanda, layihə çərçivəsində nəşr etdirilmiş “Cavid hikməti: seçmə aforizmlər (Azərbaycan və ingilis dillərində)” kitabı haqqında məlumat verilib və məktəblilərə kitablar hədiyyə olunub.

Qeyd edək ki, kitabın tərtibçisi və “Ön söz”ün müəllifi Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.