REGİONLAR
Məktəblilər Bərdədəki Heydər Əliyev Mərkəzi ilə tanış olublar
Bərdə, 13 oktyabr, AZƏRTAC
Bərdə şəhər Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin şagirdləri rayondakı Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
AZƏRTAC xəbər verir ki, məktəblilər burada Ümummilli Liderin keçdiyi şərəfli həyat yolunu və fəaliyyətini əks etdirən eksponatlarla, foto və kitablarla, Ulu Öndərin iş otağının maketi ilə tanış olublar.
Ekskursiya iştirakçılarına Ulu Öndərin həyat və fəaliyyəti, siyasi irsi, xalqımız və dövlətimiz qarşısında böyük xidmətləri, Bərdə rayonuna olan səfərləri barədə ətraflı məlumat verilib.
Məktəblilər Heydər Əliyev Mərkəzindən xoş təəssüratlarla ayrılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [13:05]
Naxçıvanda iki gənc göldə boğulub
- 09.05.2024 [23:02]
Neftçalada yol qəzası olub, xəsarət alanlar var
- 09.05.2024 [20:44]
Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib
- 09.05.2024 [19:21]