ELM VƏ TƏHSİL
Məktəblilər Botanika Muzeyində
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun Botanika Muzeyi artıq ziyarətçilərin ixtiyarına verilib.
Botanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, Avropa liseyinin VII-IX sinif şagirdləri Botanika Muzeyini ziyarət ediblər. Şagirdlər muzeydə nümayiş olunan “Azərbaycanın yaşıl xəzinəsi” mövzusunda sərgi, Azərbaycanın florası, biocoğrafiyası və ekologiyasını əks etdirən xüsusi nümunələr silsiləsi və interaktiv xəritə ilə tanış olublar. İnstitutun mütəxəssisləri məktəblilərə Hirkan meşələrinin əsas on klassik relikt ağac növünün yayılma əraziləri haqqında ətraflı məlumat veriblər.
Sonra şagirdlər Mərkəzi Nəbatat Bağında saxlanılan relikt bitkilərin canlı kolleksiyası ilə tanış olublar.