ELM VƏ TƏHSİL


Məktəblilər “Olimpiya Hərəkatı–2017” yarışlarında iştirak edirlər

Bakı, 23 yanvar, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri “Olimpiya Hərəkatı–2017 (Olympic Moves–2017)” idman proqramı çərçivəsində keçirilən yarışlarda iştirak edirlər.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, “Olimpiya Hərəkatı–2017” idman proqramı Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Proqramın əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla, şagirdləri sağlam və fəal həyat tərzinə cəlb etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdir.

Yarışlar beş idman növü – voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə keçirilir. Yarışlara Bakı məktəbləri ilə yanaşı, Sumqayıt, Göygöl və Gəncənin təhsil ocaqları da qatılıb.

Qeyd edək ki, “Olimpiya Hərəkatı – 2017” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu təşəbbüs məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.